BAKI, 3 oktyabr — Sputnik. Suriya yaraqlılarının guya Türkiyədən Azərbaycana Gürcüstan ərazisindən keçməsinə dair məlumatlar həqiqəti əks etdirmir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili bildirib.
"Suriya yaraqlılarının guya Türkiyədən Azərbaycana Gürcüstan ərazisindən keçməsinə dair məlumatlar həqiqəti əks etdirmir. Bu, vəziyyəti gərginləşdirməyə və bölgədəki gərginliyi artırmağa yönəlmiş bir yalandır", - deyə Liluaşvili brifinqdə qeyd edib.