QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin atdığı mərmi Tərtərdə jurnalistin evinə düşdü

© Sputnik / Ilham Mustafa / Mediabanka keçidПоследствия обстрела на азербайджано-армянской границе в селе Дондар Гушчу Товузского района Азербайджана
Последствия обстрела на азербайджано-армянской границе в селе Дондар Гушчу Товузского района Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval-ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənirlər"

BAKI, 3 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir.

Düşmən təxribatı nəticəsində dinc əhaliyə top mərmiləri atılıb, evlərə ziyan dəyib.

Ermənilərin atdığı mərmilərdən biri "Real Təhlil İnformasiya Mərkəzi"nin (Real TV) cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlunun valideynlərinin yaşadığı evə düşüb.

"Report"un əməkdaşı ilə söhbətləşən jurnalist qeyd edib ki, hadisə zamanı evə ziyan dəyib:

"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval-ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənirlər".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Dünən - oktyabrın 2-də şəhərə 2 mindən artıq mərmi düşüb.

Xəbər lenti
0