QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı

© AR Ministry of DefenceКомандно-штабные учения войск Нахчыванского гарнизона
Командно-штабные учения войск Нахчыванского гарнизона - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib

BAKI, 3 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir. "İnanırıq ki, şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. Allah Azərbaycan ordusunu və igid oğullarımızı qorusun! Qarabağ Azərbaycandır!"

Xəbər lenti
0