QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağdakı vəziyyət Azərbaycan iqtisadiyyatına təsir göstərməyib

© Sputnik / Murad Orujov100 manatlıq əskinazlar
100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadi məsələlər üzrə mütəxəssis belə hesab edir ki, Qarabağdakı gərginlik uzun müddət davam edərsə, Azərbaycan Ordusunun ehtiyacları üçün sifarişlərin yarıdan çoxu yerli istehsal hesabına təmin oluna bilər

BAKI, 3 oktyabr — Sputnik. Qarabağdakı gərgin vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı hazırda koronavirus pandemiyası səbəbindən qeyri-neft sektorunun faktiki olaraq fəaliyyət göstərmədiyi aprel ayına nisbətən daha aktiv inkişaf edir. Bu barədə Sputnik Azərbaycan-a "Caspian Barrel" Neft Tədqiqatları üzrə Mərkəzin rəhbəri İlham Şaban məlumat verib.

Hazırda istehsalın əsas hissəsi Azərbaycan Ordusunun ehtiyaclarının təmin olunmasına yönəldilib.

"Ölkə daxili istehsal həcmində artım var və Dağlıq Qarabağdakı döyüş əməliyyatlarının ümumi daxili məhsula (ÜDM) mənfi təsiri qeydə alınmayıb. Digər tərəfdən, Ermənistan isə hərbi kampaniya üçün kredit götürmək məcburiyyətində qalacaq", – deyə İ.Şaban vurğulayıb.

I və II Dünya müharibələri zamanı da mülki qurumların hərbi sifarişlər aldığını xatırladan mütəxəssis "Dağlıq Qarabağda əks-hücum əməliyyatları davam edərsə, o zaman Azərbaycan Ordusunun ehtiyacları üçün sifarişlərin yarıdan çoxu ölkə daxilində yerinə yetiriləcək", – deyə qeyd edib.

"Caspian Barrel" Neft Tədqiqatları üzrə Mərkəzin rəhbəri onu da bildirib ki, Dağlıq Qarabağdakı hadisələr dünya bazarında neftin qiymətinə təsir göstərməyəcək, çünki dünya istehsalında Azərbaycan "qara qızılı"nın payı hazırda 0,7%-dir.

"Hazırda Azərbaycan dünya bazarına gündə 650-700 min barel maye karbohidrogen çıxarır ki, bu da Liviyadan üç dəfə çoxdur. Ancaq Liviya faktoru istehsal həcmindəki kəskin sıçrayışlar səbəbindən qlobal neft qiymətlərinə təsir göstərə bilər. Azərbaycanda isə neft istehsalı stabil xarakter daşıdığından, bu aktual deyil", - deyə Şaban bildirib.

Onun sözlərinə görə, hazırda bütün dünyada hadisələr elə sürətli baş verir ki, Qarabağ müharibəsi səbəbindən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti dayansa belə, bu, dünya üçün bir o qədər də gözəçarpan məsələ olmayacaq.

Hazırda dünyada ən çox müzakirə olunan mövzular sırasında xüsusilə Hindistandakı koronavirusa yoluxma hallarının sayı, Avropa ölkələrində pandemiyanın ikinci dalğasının başlanması və neft bazarına birbaşa təsir göstərən Liviyada neft hasilatının 2.5 dəfə artmasını qeyd etmək olar.

Keçən həftə bu ölkə gündə 100 min barel neft istehsal etdi, hazırda isə bu rəqəm gündəlik 250 min barelə yüksəlib. Dünyada, eyni zamanda, ABŞ-ın neft ehtiyatlarında artım və ya azalma barədə həftəlik hesabatlar da diqqətlə izlənilir.

МИД Турции - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyə Ermənistanı seçim etməyə çağırdı: Ya sülh, ya da müharibə

"Dağlıq Qarabağdakı vəziyyət bu hadisələrin fonunda çox lokal xarakter daşıyır", – deyə ekspert bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-i isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

Xəbər lenti
0