QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

General Hikmət Həsənov: "Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır"

© Photo : Armiya.azGeneral-mayor Hikmət Həsənov
General-mayor Hikmət Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
General Azərbaycan Ordusunun hədəfinin tək Suqovuşan (Madagiz) olmadığını deyib: "Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır"

BAKI, 3 oktyabr - Sputnik. Madagizi işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənov AzTV-yə açıqlama verib.

Sputnik Azərbaycan bildirir ki, o, Azərbaycan Ordusunun hədəfinin tək Suqovuşan (Madagiz) olmadığını deyib: "Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır".

Həmin açıqlamanı təqdim edirik:

Qeyd edək ki, bir qədər əvvəl Prezident Azərbaycan ordusunun Madagizdə (Suqovuşan) Azərbaycan bayrağını qaldırması barədə tvit paylaşmışdı.

Sonra dövlətimizin başçısı 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin (Suqovuşan) işğaldan azad olunması münasibətilə təbrik edib. 

Həmçinin Prezident 2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa etdiyini, bundan sonra Suqovuşan adlandırılacağını bəyan edib.

 

Xəbər lenti
0