QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Səməd Seyidovdan qəti tələb: Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır

© Sputnik / Murad OrujovAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov - Sputnik Azərbaycan
Abunə olmaq
Səməd Seyidov: "Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. "Son hadisələr göstərir ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün həmsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər:

"Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Fransa Prezidenti Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq".

Xəbər lenti
0