BAKI, 2 oktyabr - Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsinin tərəflərini barışığa, kənar qüvvələri isə işə qarışmamağa səsləyib.
“Biz münaqişənin beynəlxalq xarakter almasına qarşıyıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda durmalıdır. Biz atəşin dayandırılmasına səsləyirik. İstəyirik ki, hər iki tərəf geri çəkilsin. Hər iki ölkənin liderləri ilə danışaraq, onları buna çağırmışıq”, - Mayk Pompeo Fox News-a müsahibəsində deyib.
“Ümid edirik ki, yaxın günlərdə onlar zorakılığın etnik və siyasi münaqişələri həll etmədiyinin, başqa, üçüncü ölkələrin onlara qoşulmasının problemi dərinləşdirməsinin şahidi olacaqar”, - Dövlət katibi əlavə edib.