QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Angela Merkel: "Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var"

© AFP 2024 / TOBIAS SCHWARZКанцлер Германии Ангела Меркель, фото из архива
Канцлер Германии Ангела Меркель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Merkel: "Avropa İttifaqı Dağlıq Qarabağda barışığın tərəfdarıdır, hərbi metodla münaqişənin həllinə nail oluna bilməz".

BAKI, 2 oktyabr — Sputnik. Almaniyanın Baş naziri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirib.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, Merkel Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitdən sonra baş tutmuş mətbuat konfransında qeyd edib ki, təmsil etdiyi qurum tərəfləri atəşkəsə əməl etməyə çağırır, çünki münaqişəni başqa cür həll etmək mümkün deyil:

"Avropa İttifaqı Dağlıq Qarabağda barışığın tərəfdarıdır, hərbi metodla münaqişənin həllinə nail oluna bilməz".

Bir qədər əvvəl Avropa Komissiyasının sədri Yanez Lenarçiç öz "Twitter" hesabında bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağda təmas xəttinin hər iki tərəfində münaqişədən zərər çəkmiş əhaliyə təcili şəkildə humanitar yardım edəcək.

Xəbər lenti
0