Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Navalnı Rusiyaya qayıtmağı planlaşdırır

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidРассмотрение дела об организации несанкционированной акции в отношении Алексея Навального
Рассмотрение дела об организации несанкционированной акции в отношении Алексея Навального - Sputnik Azərbaycan
Abunə olmaq
"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edirlər. Onlara görə, hər-hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

BAKI, 1 oktyabr — Sputnik. Rusiyalı müxalifətçi, bloger Aleksey Navalnı Rusiyaya qayıtmağı planlaşdırdığına bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navalnı Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində bildirib.

O bildirib ki, hazırda heç bir qorxu hiss etmir: "Mənim hazırda məqsədim – qorxmayan oğlan kimi qalmaqdır. Mən qorxmuram".

Qeyd edək ki, sentyabrın 23-də Aleksey Navalnı Berlinin "Charite" klinikasından evə buraxılıb.

"Pasiyentin sağlamlığı o səviyyədə yaxşılaşıb ki, təxirəsalınmaz müalicəni dayandırmaq mümkün idi. Aleksey Navalnı "Charite"də 32 gün müalicə alıb ki, onlardan 24 günü – reanimasiyada idi", - deyə bəyanatda bildirilir.

"Charite"dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edirlər. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

Xəbər lenti
0