QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan enerji infrastrukturunu atəşə tutur

© Sputnik / Rahim MuradovElektrik yarımstansiyası, arxiv şəkli
Elektrik yarımstansiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.

BAKI, 1 oktyabr — Sputnik. Ermənistanın silahlı qüvvələri ölkəmizin mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu günə olan məlumatlara görə, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.

Belə ki, Goranboy rayonunda 35 kilovoltluq (kV) "Gülüstan", 110/30/10 kV-luq "Naftalan" yarımstansiyadan çıxan 10 kV-luq "Əzizbəyov", "2-ci Subartezian" hava xətləri və 2 ədəd transformator vurulub.

Tərtər rayonunda 35 kV-luq "İsmayılbəyli" yarımstansiyasından çıxan 10 kV-luq "1№-li Hüsənli" hava xətti 9 yerdən, "3 №-li Qaraqoyunlu" hava xətti 11 yerdən, "4 №-li Qaynaq" hava xətti 17 yerdən, "5 №-li Evoğlu" hava xətti 1 yerdən, "10№-li Qapanlı" hava xətti 12 yerdən, "6 №-li Qarağacı" hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq "Dəmirçilər", "İsmayılbəyli" hava xətlərinin, eləcə də 110/35/10 kV-luq "Tərtər" yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq "6 №-li Şıxarx" hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq "Tərtər" yarımstansiyasından çıxan və dəfələrlə atəşə məruz qalmış 10 kV-luq "3 №-li AzGes", "8 №-li Şəhər", "11 №-li Sarıcalı", "9 №-li Şəhər", 1 №-li Qaradağlı" və "4 №-li Seydimli" hava xətləri isə bərpa olunub.

Взрывы во время учений, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan artıq ikinci dəfə Azərbaycanı Gorusdan raket atəşinə tutdu

Füzuli rayonunda 35 kV-luq "Horadiz-Böyük Bəhmanlı" hava xətti, 35/10 kV-luq "Mahmudlu" yarımstansiyasından çıxan 10 kV-luq "Qazaxlar" hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdam rayonunda 35 kV-luq "Quzanlı-1", "Quzanlı-2" hava xətləri, 35/10 kV-luq "Əfətli", 110/35/10 "Təzəkənd, 35 kV-luq "Xındırıstan" , 35 kV-luq "Baharlı", 35/10 kV-luq "Baharlı", 35/10 kV-luq "Ergi-1" və 110/35/10 kV-luq "Ergi" yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.

Ağcabədi rayonunda 35/10 kV-luq "Qiyamədinli" yarımstansiyasından çıxan 10 kV-luq "Arazbarı" hava xətti 4 dəfə vurulub və bərpa olunub.

Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar sentyabrın 27-dən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin təbii qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.

Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun bir kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.

Xəbər lenti
0