QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərpoçt"da Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlandı

© AR Ministry of Transport, Communications and High Technologies"Azərpoçt"un binası, arxiv şəkli
Azərpoçtun binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur

BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilməklə ordumuza və dövlətimizə dəstək kampaniyasına başlanılıb. İanələrin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin bütün poçt şöbələri ilə yanaşı, "Şəbəkə" xidmət mərkəzlərində də həyata keçirilir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb. Qeyd edək ki, bu ödənişlərin ləğv imkanı yoxdur. İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.

Xəbər lenti
0