BAKI, 1 oktyabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş iştirakçılarını Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat verməyə hazırlaşdıqları baradə məlumatlandırıb. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Peskov iclasda Qarabağda qoşunların təmas xəttindəki vəziyyətə xüsusi diqqət yetirildiyini bildirib. Mətbuat katibi onu da diqqətə çatdırıb ki, görüşdə Qarabağda davam edən döyüşlərlə bağlı narahatlıq ifadə edilib.