“İndiki məqamda danışıqlar masasına qayıtmağın heç bir mənası yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Azərbaycan dəfələrlə dünya ictimaiyyətinə məlumat verdi, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna xəbərdarlıqlar etdi:
“Bu müharibənin başlanması zərurət idi. Azərbaycan əks-hücuma keçib və bunun alternativi yoxdur. Dünya diplomatiyası qanunlara uyğun olaraq Ermənistana təzyiq göstərməlidir. Əgər bunu etməsə, Azərbaycan öz haqqından istifadə edəcək”.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.
Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz