QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in Minsk qrupunun prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, dövlət başçısı vurğulayıb

BAKI, 29 sentyabr - Sputnik. “Böhranın hazırkı kəskinləşməsi zamanı Azərbaycanda dinc sakinlər, o cümlədən uşaqlar həlak olublar, hərbçilər arasında itkilər var. Ona görə də ölkə öz xalqını, öz insanlarını və öz torpaqlarını müdafiə etmək üçün təcavüzkara adekvat cavab verməli idi”.

Sputnik Azərbaycan bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün “Rossiya-1” telekanalında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunmuş verilişdə çıxış edərkən deyib.

Veriliş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

Dövlətimizin başçısı qeyd edib ki, cəbhədə vəziyyət gərgindir. Buna baxmayaraq iki ölkə arasında danışıqlar Ermənistanın qəbuledilməz tələblərinə görə hazırda mümkün deyil.

ATƏT-in Minsk qrupunun prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0