BAKI, 29 sentyabr — Sputnik. "Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”
Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: "Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".