QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

© Sputnik / Murad OrujovФлаги Азербайджана на улицах Баку.
Флаги Азербайджана на улицах Баку. - Sputnik Azərbaycan
Abunə olmaq
İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a icmadan məlumat verilib.

Bildirilib ki, icma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında tələfat baş verdiyini, evlərin, çoxmənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

"Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistan tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadığını xüsusi ilə qeyd edib.

İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların haqqı müdafiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur", - deyə müraciətdə qeyd olunub.

Xəbər lenti
0