QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək

© Sputnik / Murad OrujovФлаги Азербайджана на улицах Баку.
Флаги Азербайджана на улицах Баку. - Sputnik Azərbaycan
Abunə olmaq
Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistan təxribatına qarşı etirazını ifadə edib.

Sputnik Azərbaycan xəbər verir ki, A.Kloud bu barədə özünün "Facebook" səhifəsində paylaşıb: "Ermənistanla Azərbaycanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır. Mən müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib. Bu yazım, xüsusi ilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək.

İstənilən müzakirəyə hazıram, mənə alban.claude@ens.fr ünvanından yaza bilərsiniz".

Xəbər lenti
0