BAKI, 28 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy rayonu ərazisini atəşə tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.
Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.