BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə adekvat cavabı var.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
“Təəssüf ki, erməni tərəfindən hər şey gözləmək olar. Hərbi baxımdan cavab tədbirlərinin nə olacağını izah etmək mənim üçün çətindir. Əminəm ki, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Müdafi Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan “İskəndər” raket kompekslərindən və hücum təyyarələrindən istifadə edə biləcəklərini demişdi.