QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənilər və Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər"

BAKI, 27 sentyabr — Sputnik. “İşğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq:

“Əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq, ədalətsizliyə son qoyacaq, 30 ilə yaxındır davam edən işğala son qoyacaq. Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı vətən həsrəti ilə yaşayır. Ermənilər və Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər”.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər lenti
0