QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

TƏCİLİ: Azərbaycanda hərbi vəziyyət tətbiq olunur

© AFP 2024 / ANDREJ ISAKOVICВид на город Баку, фото из архива
Вид на город Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün saat 06:00 radələrində Ermənistan SQ genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

BAKI, 27 sentyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”. 

Hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur. 

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0