Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidMoskva meri Sergey Sobyanin
Moskva meri Sergey Sobyanin - Sputnik Azərbaycan
Abunə olmaq
Sobyanin iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

BAKI, 25 sentyabr — Sputnik. Moskva meri Sergey Sobyanin koronavirusun yayılması təhlükəsi fonunda işəgötürənlərə mümkün qədər çox əməkdaşı distant iş rejimə keçirməyi tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, Sobyaninin çağırışı onun şəxsi saytında dərc olunub.

Sobyanin həmçinin dezinfeksiya, fərdi mühafizə vasitələrinin istifadəsi, sosial məsafə, temperaturun ölçülməsi və COVID-19 testləri də daxil olmaqla, iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

Bundan əlavə, mer sentyabrın 28-dən etibarən yaşlı və xroniki xəstəlikləri olan insanlardan distant iş formatına keçməyi və ya tətil götürməyi xahiş edib.

Sobyanin bildirib ki, Moskvada "koronavirus hallarının sayı əhəmiyyətli dərəcədə artıb" və soyuqların yaxınlaşması ilə soyuqdəymə xəstəliklərinin artması müşahidə olunacaq. O, bütün moskvalıları nəqliyyatda, mağazalarda və digər ictimai yerlərdə maska və əlcək rejimlərinə riayət etməyə çağırıb.

Xəbər lenti
0