Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın baş müstəntiqi: nasizmin reabilitasiyası cəhdləri artıb

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПредседатель Следственного комитета РФ Александр Бастрыкин, фото из архива
Председатель Следственного комитета РФ Александр Бастрыкин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müharibənin başlamasına görə məsuliyyəti nasist caniləri ilə bərabər antihitler koalisiyası ölkələrinin üzərinə atmaq, nasist canilərinə və onlarla əlbir olanlara haqq qazandırmaq cəhdləri yalnız tarixin saxtalaşdırılması deyil.

BAKI, 17 sentyabr — Sputnik. Sentyabrda Rusiyanın İstintaq Komitəsində nasizmin reabilitasiyası və tarixin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması üzrə şöbə yaradılıb. Ayrıca bir şöbənin niyə və nə üçün lazım olduğu barədə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin RİA Novosti ilə müsahibəsində danışıb.

– Aleksandr İvanoviç, bu yaxınlarda İstintaq Komitəsində nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması üzrə yeni bir şöbə yaradılıb. Bu xəbər media və sosial şəbəkələrdə çox canlı bir müzakirəyə səbəb olub. Belə bir bölmənin yaradılmasının zəruriliyi nədən irəli gəlib?

– Məlum olduğu kimi, Nürnberq hərbi tribunalinin hökmü İkinci Dünya müharibəsinin səbəblərinin qiymətləndirilməsində mühüm mərhələ olub. Hamı yadda saxlamalıdır ki, İkinci Dünya müharibəsini başladan və aparan əsas nasist canilərinin əməlləri cinayət kimi tanınıb. Bununla belə, bu gün davam edən informasiya müharibəsi şəraitində istər ölkəmiz daxilində, istərsə də xaricdə nasizmin reabilitasiyası cəhdlərinin sayı artır.

Biz həmçinin faşizm üzərində Qələbədə ölkəmizin rolunun yanlış qiymətləndirildiyini görürük. Ədalətin bərpa olunması üçün bu cür hallara qarşı fəaliyyət atırılmalıdır. Bundan əlavə, cəmiyyətimizin Vətənin müdafiəçilərinin xatirəsini yad etmək və tarixi həqiqəti qorumaq səyləri qanunvericilik cəhətdən rəsmiləşdirilib və Rusiya Federasiyasının Konstitusiyasında təsbit edilib.

– Bu cür hərəkətlər indi necə cəzalandırılır?

– Rusiya Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası haqqında (354.1-ci) maddəsinin normaları artıq nasist simvolikasını və faşizm ideologiyasını yaymağa çalışanlara qarşı tətbiq edilir. Bunun son nümunəsi "Ölməz alay" onlayn aksiyası zamanı baş verənlərə reaksiyamızdır: Rusiyanın bir neçə subyektinin sakinləri nasistlərin və vətən xainlərinin fotoşəkillərini internet saytda yerləşdirmişdilər.

Cinayət işlərinin bir hissəsi yekun mərhələsindədir, bəzi şəxslər məhkəmə qarşısına çıxıblar. Onlardan biri, Perm sakini Daniil Simanov artıq 200 saat məcburi iş cəzasına məhkum edilib.

– Başqa ölkələrdə bu cür cinayətlərə görə, yaxud nasist ideologiyasını yaymaqla bağlı cinayət təqibi mövcuddurmu?

– Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində antikonstitusion təşkilatların təbliğat materiallarının yayılmasına görə məsuliyyət nəzərdə tutulur. Burada "nasional-sosializm ideologiyası məzmunlu" materialların yayılmasına görə yüksək məsuliyyət müəyyən edilir.

İsraildə Holokostun inkarına görə cinayət məsuliyyəti mövcuddur. Belarus Respublikasında da nasizmin reabilitasiyasına görə cinayət məsuliyyəti var.

Yeri gəlmişkən, hazırda biz Lüdviqsburqda nasional-sosializm cinayətlərinin araşdırılması üzrə AFR torpaqlarının ədliyyə orqanlarının mərkəzi idarəsi ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq şübhəsiz bu cür cinayətlərin araşdırılmasına əlavə təkan verəcək.

– Xarici hadisələr Rusiyaya təsir edirmi?

– Nasizmin reabilitasiyası və Rusiyanın hərbi şöhrət simvollarının ləkələmə cəhdləri xaricdə də qeydə alınır. Qüvvədə olan cinayət qanunvericiliyi bizi bu cür cinayətlərə reaksiya verməyi tələb edir.

İstintaq Komitəsi Ukrayna Milli Yaddaş İnstitutunun (UMYİ) sədri Vladimir Vyatroviç barəsində cinayət işinin istintaqını davam etdirir.

Latviya Respublikasının vətəndaşı, "Latış SS Legionu"nun veteranı Visvaldis Latsisə qarşı ilkin istintaq aparılır.

Bu il Çexiya Respublikasında Sovet İttifaqı marşalı, Rusiyanın hərbi şöhrətinin simvolu olan İvan Konevin abidəsinin sökülməsi faktı ilə bağlı cinayət işi açılıb və araşdırılır.

Bu yaxınlarda Litva Respublikasının Jiejmariay şəhərində Qırmızı Ordu əsgərlərinin abidəsinin təhqir edilməsi faktı da qeydə alınıb. Abidə şəhərin azad edilməsi zamanı həlak olmuş Qırmızı Ordu əsgərlərinin kütləvi məzarlığı yaxınlığındakı qəbiristanlıqda yerləşir. Şübhəsiz ki, bu hallar da Rusiya İstintaq Komitəsinin müstəntiqlərinin reaksiyası üçün əsas olub – hazırda bu fakt üzrə prosessual yoxlama aparılır.

– Son nəticədə nəyə nail olmaq istəyirsiniz?

– Bizim vəzifəmiz sağ qalmış və həlak olmuş xilaskar döyüşçülərin, dinc sakinlərin, nasist qurbanlarının müqəddəs adını müdafiə etməkdir. Müharibənin dərslərini xatırlamaq və bilmək bu gün faciələrin və səhvlərin qarşısını almaq imkanı deməkdir.

Müharibənin başlamasına görə məsuliyyəti nasist caniləri ilə bərabər antihitler koalisiyası ölkələrinin üzərinə atmaq, nasist canilərinə və onlarla əlbir olanlara haqq qazandırmaq cəhdləri yalnız tarixin saxtalaşdırılması deyil. Bu hərəkətlər təbiətinə görə qeyri-qanunidir və əxlaq qaydalarına ziddir, dünyanı açıq-aşkar və hüquqi cəhətdən təsbit edilmiş şərdən xilas etmiş insanların xatirəsinə qarşı küfrdür. Məhz buna görə də biz tarixi həqiqətlərin təhrif olunmasına mane olmalıyıq – o cümlədən cinayət-hüquqi tədbirlərin vasitəsilə.

Xəbər lenti
0