Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tixanovskaya Putinə deyəcəklərini açıqladı

© Sputnik / Viktor Tolochko / Mediabanka keçidСветлана Тихановская, фото из архива
Светлана Тихановская, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biz ölkə daxilində heç bir zorakılıq istəmirik. Ölkəmizi hansı prezidentlə inkişaf etdirəcəyimizə özümüz qərar vermək istəyirik.

BAKI, 16 sentyabr — Sputnik. Belarusda prezidentliyə sabiq namizəd Svetlana Tixanovskaya görüşü baş tutacağı təqdirdə Rusiya lideri Vladimir Putinə nə deyəcəyi barədə danışıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Американский танк M1A2 Abrams, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Amerikalılar Belarus sərhədlərində nə edirlər

"Yəqin ki, deyərdim ki, belaruslar yeni dövrə qədər, bu ilə qədər yaşadıqları vəziyyətə qayıtmayacaqlar. Ona görə də Rusiya Federasiyası liderinin məhz Belarus xalqını dəstəkləməsi məqsədəuyğundur. Düşünürəm ki, danışacaq bir şey tapardıq. Bununla birlikdə, sizə söylədiklərim mənim ən vacib mesajımdır. Biz ölkə daxilində heç bir zorakılıq istəmirik. Ölkəmizi hansı prezidentlə inkişaf etdirəcəyimizə, özümüz qərar vermək istəyirik", - deyə Tixanovskaya "LB.ua" nəşrinə istinadən xəbər verir.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Xatırladaq ki, sentyabrın 14-ü Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə görüş keçiriblər.

Görüş zamanı Rusiya Prezidenti qeyd edib ki, belaruslar özləri xaricdən ipucu almadan ölkədə yaranmış vəziyyəti həll etməlidirlər.

"Biz görürük, təbii ki, hamımız bilirik ki, Belarusda baş verənlər seçkilərlə bağlı ölkədaxili işlərdir. Siz bizim mövqeyimizi yaxşı bilirsiniz. Biz istəyirik ki, belaruslar özləri xaricdən heç bir ipucu və təzyiq olmadan, sakit rejimdə və bir-biriləri ilə dialoq halında vəziyyəti həll etsinlər və bundan sonra işlərini necə quracaqlarına dair ortaq nəticəyə gəlsinlər", - deyə Putin qeyd edib.

Президент Беларуси Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Belarus Prezidenti: Əgər mən getsəm, tərəfdarlarımı doğrayacaqlar

Rusiya Prezidenti eyni zamanda qeyd edib ki, ölkəsi Belarusa investisiya yatıran ən böyük ölkədir: "Rusiya və Belarus arasında bir çox sahələrdə dərin əməkdaşlıq mövcuddur. Ölkələr pandemiya ilə bağlı ticarət dövriyyəsini bərpa etməlidirlər".

Rusiya lideri belaruslu həmkarı ilə görüşündə, həmçinin bildirib ki, Rusiya Belarusa 1,5 milyard dollar həcmində dövlət krediti ayıracaq: "Hazırda maliyyə nazirləri peşəkar səviyyədə dialoq aparırlar".

Lukaşenko isə öz növbəsində qeyd edib ki, Respublikada baş verən hadisələr Minskin Rusiyaya yaxın olmalı olduğunu göstərdi: "İqtisadiyyat hər şeyin əsasında dayanır. İnanın mənə, biz həmişə bu xəttə (Rusiya Federasiyası ilə əməkdaşlığa – red.) sadiq qalmışıq. Son hadisələr bizə böyük qardaşımızla daha yaxın olmağımızı və iqtisadiyyat da daxil olmaqla bütün məsələlərdə daha yaxından əməkdaşlıq etməyimiz lazım olduğunu göstərdi".

Xəbər lenti
0