Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya neftinə qadağa qoymaq istəyən ABŞ paradoksal vəziyyətlə üzləşib

© AFP 2024 / TOBIAS SCHWARZСтроительство газопровода "Северный поток-2"
Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən il Donald Tramp Venesuelaya qarşı sanksiya tətbiq edib. Nəticədə, Venesueladan neft ixracatı düşüb. Amerikanın neftayırma zavodları xammal çatışmazlığı böhranının qarşısını almaq üçün Rusiyanın "Urals" neftini və Rusiya mazutunu fəal şəkildə almağa başlayıblar.

BAKI, 14 sentyabr — Sputnik, Natalya Dembinskaya. Amerikalılar "Şimal Axını 2" layihəsi ilə bağlı yeni sanksiyalar elan etməyə hazırlaşırlar. Özləri isə Rusiya neftinin ən iri idxalçısına çevriliblər. Aparıcı analitik nəşrlərdən birinin qeyd etdiyi kimi, bu riyakar bir mövqedir və Rusiyadan tədarükü ümumiyyətlə qadağan etmək lazımdır. Lakin bu çətin ki, mümkün olsun: bu vəziyyətdə ağır neftə uyğunlaşmış neftayırma zavodlarının işi dayanacaq.

Ən böyük istehlakçı

Konqres "Şimal Axını 2" layihəsi ilə bağlı olan Avropa şirkətlərinə məhdudiyyətlər qoymağı planlaşdırır. Bu, artıq Almaniyada ciddi tənqidlərə səbəb olub. Hətta Berlin əks-sanksiyalarla hədələyib.

Amerikanın nüfuzlu analitik nəşri olan "The National Interest" qeyd edir ki, bu cür reaksiya tamamilə başadüşüləndir: Vaşinqtonun riyakarlığı göz qabağındadır. Bu il ABŞ Rusiyanın xam neftinin idxalçıları arasında liderə çevrilib. ABŞ Rusiyanın ümumi xam neft ixracının 12 faizini alıb.

ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EIA) məlumatına görə, ilk yarım il ərzində Rusiyadan Birləşmiş Ştatlara 9 milyon tondan çox neft məhsulu (68 milyon barel) gətirilib və bu, 16 il ərzində rekord göstəricidir.

Riyakar yanaşma

EIA bildirir: formal olaraq Birləşmiş Ştatlar ikinci yerdədir, çünki Niderland 12,19 milyon ton alıb. Amma bu ölkə tranzit qovşağıdır və oradan neft məhsulları başqa dövlətlərə göndərilir. Amerika isə nefti öz emalı üçün alır və burada Vaşinqton rəqabətdən kənardır.

“The National Interest” nəşri isə belə bir təkliflə çıxış edir: Rusiyadan idxal qanunla qadağan edilsin. Məsələn, Konqres bu tədarükü təmin edən şirkətlərə qarşı maliyyə sanksiyaları tətbiq edə bilərdi.

Amma bunu praktik olaraq həyata keçirməyin mümkünlüyü tamamilə anlaşılmazdır, çünki üçüncü ölkələrə qarşı öz sanksiyaları sayəsində amerikalılar Rusiya xammalından birbaşa asılı vəziyyətə düşüblər. Və bunu rəsmi olaraq hələ keçən il etiraf ediblər.

Alternativ yoxdur

Rusiya ABŞ-a xam neft tədarükü üzrə altıncı yerdə idi. 2020-ci ilin fevralında isə ikinci yerə çıxıb və yalnız Kanadadan geridə qalıb. Ağır Venesuela neftindən məhrum olmuş və İrandan idxalın kəskin şəkildə aşağı düşməsi ilə üzləşmiş amerikalılar təcili olaraq alternativ tədarükçülər axtarmağa məcbur olublar.

Problem ondadır ki, bir sıra neft emalı müəssisələrinin texnologiyası Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül nefti istifadə etməyə imkan vermir. Meksika körfəzi və şərq sahillərindəki neft emalı müəssisələri ən çətin vəziyyətə düşüb. Bu zavodlar kükürdlü neft növləri üçün nəzərdə tutulub, buna görə də yüngül nefti (əvvəllər Venesueladan alınan) ağır neftlə qarışdırmaq lazımdır.

Lakin keçən ilin yanvarında Donald Tramp Venesuelaya qarşı sanksiya tətbiq edib. Nəticədə, Venesueladan ixracat 32 faiz — sutkada 1,001 milyon barelə düşüb. Amerikanın neftayırma zavodlarının qarşısında xammal çatışmazlığı səbəbindən işin dayanması təhlükəsi yaranıb. Böhranın qarşısını almaq üçün amerikalılar Rusiyanın "Urals" neftini və Rusiya mazutunu fəal şəkildə almağa başlayıblar.

Ötən il ABŞ Rusiyadan 11 milyon ton mazut idxal edib – 2018-ci ildə olduğundan iki dəfə çox.

“Bu, Venesueladan yüksək kükürdlü yanacağın tədarükü kollapsını kompensasiya etməyə kömək edib”, – ABŞ-ın "Vortexa" şirkətinin analitikləri qeyd ediblər.

Səudiyyə Ərəbistanının kimyəvi tərkibcə yaxın olan nefti alternativ ola bilərdi, lakin səudiyyəlilər hasilatı artırmaqdan imtina ediblər. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb – ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

Uyğun xüsusiyyətlərinə əlavə olaraq, Rusiya xammalı qiymətinə görə də cəlbedicidir. Yanvar-iyul aylarında "Urals" neftinin bir bareli orta hesabla 40,34 dollara satılıb, ötən ilin yanvar-iyul aylarında isə onun qiyməti 65,27 dollar olub.

Bundan əlavə, neft yükünün daşınma qiyməti əhəmiyyətli dərəcədə azalıb. Karantinin bitməsindən sonra isə yanacağa tələbat artıb – insanlar yenidən avtomobillərdə gedirlər və təyyarələrdə uçurlar.

Amerikanın neft emalı zavodlarının Rusiyadan ağır nefti almaqdan başqa heç bir seçimi qalmırdı. Buna heç dövlətlərarası münasibətlərin pisləşməsi və ya Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalar mane olmayıb. Bütün bunların fonunda "Şimal Axını 2" layihəsini boğmaq cəhdləri getdikcə daha çox paradoksal görünür.

Xəbər lenti
0