Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus qazından imtinanın altı variantı

© Sputnik / Ilia Pitalev / Mediabanka keçidРабочий на участке строительства газопровода "Северный поток-2" в Ленинградской области
Рабочий на участке строительства газопровода Северный поток-2 в Ленинградской области - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya hökuməti “Şimal axını-2” qaz xəttinin tikintisinin dayandırılmasını bloger Aleksey Navalnının zəhərlənməsi faktına reaksiya kimi gözdən keçirir

BAKI, 13 sentyabr — Sputnik. “Şimal axını-2” layihəsindən imtina edərək, bu “çirkli işi” başqalarının boynuna qoymaq üçün Almaniyanın altı variantı var. Sputnik Azərbaycan bildirir ki, bu barədə Politico yazır.

Nəşrə görə, Berlin Federal Dəniz və Hidroqrafiya Agentliyi ilə Ştralzundun Regional Dağ İdarəsinə təzyiq göstərərək onların tikintiyə verdikləri icazənin ləğvinə nail ola bilər. Bu halda icazənin ləğvi Nord Stream 2 AG qaz xəttinin operatoruna Almaniyanı məhkəməyə verməyə imkan yaradacaq. O zaman itki boru xəttinin qiymətinə bərabər olacaq. Yəni 9.5 milyard avro.

İkinci varianta görə, Berlin “Şimal axını-2”nin tikintisinə qarşı çıxan qeyri-hkumət təşkilatlarının məhkəmə prosesini izləməlidir. 

Müəllifin üçüncü təklifi – Almaniyanın Rusiya qazının idxalına milli məhdudiyyət qoymasıdır.

Almaniya üçün daha bir variant Avropa İttifaqının sanksiyalarıdır. Berlin onların tətbiqində israr edə, yaxud beşinci variant kimi, ABŞ-a layihəni dayandırmaq üçün “işi yerinə yetirməyə” imkan verə bilər.

Politico qeyd edir ki, əgər layihə başa çatdırılarsa, onun işə düşməsi lisenziya alınması ilə bağlı problemlərlə ləngiyəcək.

Bundan öncə məlumat yayılmışdı ki, Almaniya hökuməti “Şimal axını-2” qaz xəttinin tikintisinin dayandırılmasını bloger Aleksey Navalnının zəhərlənməsi faktına reaksiya kimi gözdən keçirir.

 

Xəbər lenti
0