Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Müğənninin zinət əşyalarını oğurlayan qadın onun ərindən hamilə qaldı

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Korolyova qır-qızılının itdiyini məzuniyyətdən qayıdanda aşkarlayıb. Məlum olub ki, arvadı evdə olmayan müddətdə Tarzan günlərini iki qızla keçirirmiş

 

BAKI, 13 sentyabr — Sputnik. Rusiyalı müğənni, aktyor və bodibilder, “Tarzan” kimi tanınan Sergey Qluşko ilə vaxt keçirən qadın ondan hamilə qaldığını deyib. Bir müddət əvvəl isə Tarzanın həyat yoldaşı Nataşa Korolyova həmin qadını 3 min avro və 5 milyon dəyərindəki zinət əşyalarını oğurlamaqda günahlandırmışdı.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, hamilə qadın zinət əşyalarını qısqanclıqdan oğurladığını deyib. O bildirib ki, artıq vəkilə müraciət edib.

Korolyova qır-qızılının itdiyini məzuniyyətdən qayıdanda aşkarlayıb. Məlum olub ki, arvadı evdə olmayan müddətdə Tarzan günlərini iki qızla keçirirmiş. Ər-arvad polisə ərizə verib.

Bu ilin may ayında Tarzan ixtisası üzrə iş tapdığını bəyan eləmişdi. O, əlində döşəməsilən, xadimə obrazında çəkdirdiyi şəklini paylaşaraq: “Bu işlərdən başım yaxşı çıxır”, - yazmışdı.

 

Xəbər lenti
0