Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır

© REUTERS / Shamil ZhumatovАлексей Навальный, фото из архива
Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Navalnı avqustun 20-də təyyarə ilə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Daha sonra onu təyyarə ilə Almaniyaya aparıblar

BAKI, 9 sentyabr — Sputnik. Almaniya “Aleksey Navalnının işi” ilə bağlı Rusiyanın bütün müraciətlərinə baxmayaraq, onlara operativ və konstruktiv reaksiya verməyi mümkün saymayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Çərşənbə axşamı ABŞ Dövlət Departamenti “Böyük Yeddilik” (G7) ölkələrinin bəyanatını yayıb. Onlar bəyanatda Rusiyanı təcili olaraq "Navalnını zəhərləməkdə" günahkar olanları tapmağa və məsuliyyətə cəlb etməyə çağırıblar.

"Bizim bütün müraciətlərimizə baxmayaraq, Berlində onlara operativ və konstruktiv reaksiya verməyi mümkün saymayıblar", – XİN-in saytında verilən şərhdə bildirilir.

XİN-dən bildiriblər ki, Rusiya Almaniyanın Aleksey Navalnı ətrafında yaranmış vəziyyətə yanaşmasını qeyri-konstruktiv sayır.

Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan
Alman siyasətçi Navalnının zəhərlənməsinin kimə fayda gətirdiyini izah edib

“Almaniya hakimiyyətinin bu cür qeyri-konstruktiv yanaşması fonunda paralel olaraq Rusiyaya əsassız hücumlar davam edir. Başlanmış kütləvi dezinformasiya kampaniyası açıq şəkildə göstərir ki, onun təşəbbüskarları əsas vəzifəni A.Navalnının səhhəti ilə bağlı qayğı göstərməkdə və onun xəstəxanaya yerləşdirilməsinin əsl səbəblərini tapmaqda deyil, sanksiya hisslərini hərəkətə gətirməkdə görürlər”, – Rusiya Xarici İşlər Nazirliyi şərhində bildirib.

"Yuxarıda göstərilən məlumatların (Navalnının tibbi müayinəsi haqqında - red.) olmaması Rusiya hüquq-mühafizə orqanlarına baş verənlərin müəyyənləşdirilməsi üçün bütün zəruri prosessual mexanizmlərdən istifadə etməyə imkan vermir", – şərhdə deyilir.

Rusiya XİN-dən bildiriblər ki, Almaniya rusiyalı həkimlərin almaniyalı həmkarları ilə "Navalnı işi" üzrə dialoqunu ləngidir.

“Qeyd edirik ki, rusiyalı həkimlər A.Navalnının vəziyyətinə dair Rusiyada və Almaniyada olan məlumatları müzakirə etmək üçün almaniyalı həmkarları ilə sıx dialoq qurmağı təklif edirlər. Təəssüf ki, Almaniya tərəfi bu prosesi ləngidir", - Rusiya XİN-in saytında verilən şərhdə bildirilir.

Navalnı avqustun 20-də təyyarə ilə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb.

Daha sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniyaya hökuməti hərbi tibb işçilərinə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

 

Xəbər lenti
0