Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 9 sentyabr — Sputnik. "Moda Topical" jurnalı rusiyalı rep sənətçisi, bəstəkar və musiqiçi Morgenşternə (Alişer Valeyev) "İlin qadını" mükafatını verib. Sputnik Azərbaycan xəbər verir ki, musiqiçinin özü bu barədə "Instagram" hesabında məlumat verib.
Посмотреть эту публикацию в Instagram
Qeyri-adi imici ilə tamaşaçıların diqqətini çəkən repçi 2020-ci ilin ən populyar, dinlənilən və müzakirə olunan artisti olduğunu deyərək, bu mükafatı "yeni nəfəs" adlandırıb.
Morgenştern mükafatı almağa ipək xalatda, xəzdə və enli şlyapada çıxıb, bununla da iştirakçıların təəccübünə səbəb olub.