Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Navalni komadan çıxarılıb

© REUTERS / TATYANA MAKEYEVAАлексей Навальный, фото из архива
Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
S7 aviaşirkətinin məlumatına görə, təyyarədə olarkən Aleksey Navalnı heç nə yeməyib və içməyib. Uçuşdan öncə isə aeroportun kafesində çay içib

BAKI, 7 sentyabr — Sputnik. Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının vəziyyəti yaxşılaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə siyasətçinin müalicə aldığı "Charite" klinikası məlumat yayıb.

"Navalnı tibbi komadan çıxarılıb və süni havalandırma aparatından ayrılıb", - deyə klinikanın yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 20-də Tomskdan Moskvaya uçan təyyarə Omskda təcili eniş edib. Göyərtədəki blogerin halı pisləşdiyindən onu reanimasiyaya yerləşdiriblər.

S7 aviaşirkətinin məlumatına görə, təyyarədə olarkən Aleksey Navalnı heç nə yeməyib və içməyib. Uçuşdan öncə isə aeroportun kafesində çay içib.

Omsk həkimləri onun orqanizmində zəhər elementləri aşkarlamayıblar. Həkimlərin əsas diaqnozu maddələr mübadiləsinin pozulması nəticəsində qanda şəkərin kəskin enməsidir.

Avqustun 22-də bloger Aleksey Navalnı təyyarə ilə Omskdan Berlinə aparılıb.

Xəbər lenti
0