Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Jerar Depardye məzhəbini dəyişib

© AFP 2024 / ANNE-CHRISTINE POUJOULATЖерар Депардье, фото из архива
Жерар Депардье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyorun inancını dəyişdirməsinə pravoslav ayinlərinə olan sevgisi və pravoslav ruhaniləri ilə əlaqəsi səbəb olub

BAKI, 7 sentyabr — Sputnik. Son günlər dünya gündəmindən düşməyən məşhur fransız aktyoru Jerar Depardye bu dəfə dini məzhəbini dəyişməsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Depardye xristianlığın pravoslav qolunu qəbul edib. Mərasim Parisin tarixi mərkəzindəki Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub. Tədbirdə təxminən 30 nəfər iştirak edib. Kilsə nümayəndəsinin sözlərinə görə, o, Depardyenin vəftiz ("suya batırma" - xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi - red.) zamanı aldığı adı açıqlaya bilməz.

Sputnik Fransa xəbər verir ki, pravoslavlığı qəbul etmək qərarına Depardyenin ruhani müəllimi Yepiskop Tixon (Şevkunov) təsir edib. Bundan əlavə, aktyorun inancını dəyişdirməsinə pravoslav ayinlərinə olan sevgisi və pravoslav ruhaniləri ilə əlaqəsi səbəb olub.

Onu da qeyd edək ki, aktyor ilk dəfə 1967-ci ildə filmə çəkilib. İndiyədək 100-dən artıq filmdə rol alıb. "Qızıl Qlobus", "Sezar", "Qızıl şir", "Kann" festivallarının laueratı olan Depardye artıq bir neçə ildir ki, Rusiya vətəndaşıdır. 71 yaşlı ulduz aktyor Novosibirskdə qeydiyyata düşüb və məhz bu şəhərdə mədəni və biznes layihələri həyata keçirir.

Xəbər lenti
0