Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Onlar hər kəsi öldürmək istəyirmişlər - Hətta balaca uşaqları da

© Photo : Federal Security Service of Russian Federation / Mediabanka keçidСотрудники ФСБ РФ, фото из архива
Сотрудники ФСБ РФ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi xidmət orqanları saxlanılan şəxslərin motivləri haqqında məlumat yaymayıb. Saxlanılan şəxslərin yaşları da açıqlanmır.

BAKI, 4 sentyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın bir sıra regionlarında kütləvi qətllər törədilməsinin qarşısını alıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, FTX 13 nəfər saxlayıb.

"Rusiyanın bir sıra regionlarında əldəqayırma partlayıcı qurğular, yandırıcı maddələr, soyuq silahlar vasitəsilə kütləvi qətllər törətməyi planlaşdıran, həmçinin internet istifadəçilərini bu cür cinayətləri törətməyə təşviq edən 13 nəfər saxlanılıb", - deyə Rusiya FTX-nın yaydığı məlumatda bildirilir.

Saxlanılan şəxslərin planlarını onların gündəlikləri və qurğularında olan informasiyalar da dəstəkləyir. Onlardan yanar və partlayıcı qurğuların hazırlanması üzrə təlimatlar, təhsil müəssisələri, hüquq mühafizə strukturları və insanların toplaşdığı yerlərə hücumun sxemləri müsadirə olunub.

Saxlanılanlardan biri artıq məktəbdə partlayış törətmək və uşaqları öldürmək istədiyini etiraf edib.

Saxlanılan şəxslərin evlərində 4 əldəqayırma bomba, onları hazırlamaq üçün hissələr, həmçinin ov, travmatik və soyuq silahlar aşkarlanıb.

Xüsusi xidmət orqanları saxlanılan şəxslərin motivləri haqqında məlumat yaymayıb. Saxlanılan şəxslərin yaşları da açıqlanmır.

Xəbər lenti
0