Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Sürətli və dəqiq". Rusiyada koronavirusu havada aşkarlayan cihaz yaradılıb

© AFP 2024 / JENS SCHLUETERМодель SARS-CoV-2, известная как новый коронавирус
Модель SARS-CoV-2, известная как новый коронавирус  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı alimlər havada koronavirusu aşkar edə bilən cihaz hazırlayıblar. Tibb elmləri doktoru, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov cihaz haqqında danışıb.

BAKI, 27 avqust — Sputnik. S.A.Zverev adına Krasnoqorsk zavodu "Armiya-2020" forumunda Rusiyada ilk dəfə olaraq virusları, o cümlədən koronavirusları havada aşkar edən cihazı təqdim edib.

Müəssisənin Baş direktoru Aleksandr Novikov RİA Novosti-yə deyib ki, patogenlərin konsentrasiyasından və digər amillərdən asılı olaraq hava nümunəsinin belə bir alətin köməyi ilə avtomatik analizi üçün 10-30 dəqiqə sərf olunur.

"Detektor-BİO" cihazı Qamaleya Mərkəzi ilə birgə işlənib hazırlanıb. Zavodun baş direktoru qeyd edib ki, cihazın sınaqları iyunda başa çatıb, indi onun sertifikatlaşdırılması hazırlanır.

"Lakin bizim hazırlığımız maksimum səviyyədədir və zərurət yarandıqda sifarişçiyə lazım olan qədər istehsal etməyə hazırıq. Bu cihaz havada müxtəlif patogenlərə reaksiya verə bilər, buna görə onu həm mülki məqsədlər üçün, həm də bioloji təhlükəsizliyin təmin edilməsi üçün tətbiq etmək olar", – Novikov vurğulayıb.

Sputnik radiosunun efirində tibb elmləri doktoru, immunoloq həkim, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, Rusiyanın hava nümunələrinin analizi üzrə layihələri təkmilləşir. 

"Qeyd edim ki, havada müxtəlif maddələrin miqdarını ölçən cihaz on ildən artıqdır ki işlənib hazırlanıb, buna görə Akademik Anatoli Andreeviç Vorobyovun rəhbərlik etdiyi böyük kollektivə Dövlət mükafatı verilib. Bu layihələr davam etdirilir. Belə spektral analiz birincisi çox həssas, ikincisi isə çox sürətli və çox dəqiqdir. Misal üçün deyə bilərəm ki, bu cür texnologiyalar digər planetlərin atmosferində maddələrin tərkibini müəyyən edə bilər. İndi isə düşünürəm ki, bu cihazlar çox tez bir vaxta istehsala və real istifadəyə gedə bilər", – Jemçuqov bildirib.

Xəbər lenti
0