Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiyadan ikinci S-400 alayını alır

Abunə olmaq
Bu barədə Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev məlumat verib.

BAKI, 23 avqust - Sputnik. Rusiya və Türkiyə arasında S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev deyib.

“Müqavilə imzalanıb, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə məsələlərini müzakirə edirik” - o bildirib.

Bundan əvvəl, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Rusiya və Türkiyə S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər.

Xəbər lenti
0