Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada çoxmərtəbəli binada partlayış olub, ölən var

© Sputnik / Roman Vladimirov / Mediabanka keçidEvdə partlayış
Evdə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-dən bildirilib ki, bınanın dağıntıları altında qadın və uşaq ola bilər. Binadan 60 nəfərdən artıq insan təxliyə edilib.

BAKI, 21 avqust - Sputnik. Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib. 

İlkin məlumata görə, Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar Vinoqradov adına şəhər xəstəxanasına çatdırılıblar. 

FHN-dən həmçinin deyiblər ki, dağıntılar altında qadın və uşaq ola bilərlər. 

Binanın 3-5-ci mərtəbələrinin bir hissəsi çöküb. 

Binadan 60 nəfərdən artıq sakin təxliyə edilib. Bina 1992-ci ildə tikilib, 120 mənzillidir, binada qeydiyyatda 342 nəfər var ki, onlardan 64-ü uşaqdır. 

Xəbər lenti
0