BAKI, 18 avqust — Sputnik. Rusiyanın koronavirus əleyhinə peyvəndinin qeydiyyatı mülki istifadə zamanı xoşagəlməz reaksiyalar aşkarlanan anda dərhal dayandırılacaq.
Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə Qamaleya mərkəzinin elmi işlər üzrə direktorunun müavini Denis Loqunov deyib.
“Vaksinin mülki dövriyyəsi sərt nəzarət altında gerçəkləşdiriləcək və bu müvəqqəti qeydiyyat istənilən an dayandırıla bilər”, - Loqunov deyib.
Qamaleya mərkəzinin direktoru Aleksandr Ginsburq RİA Novosti-yə bildirib ki, COVID-19 vaksininin qeydiyyatsonrası araşdırmaları 7-10 gündən sonra başlanacaq, sınaqlarda bir neçə min insan iştirak edəcək.