Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tanınmış həkim koronavirusa qarşı tədbirləri ələ saldı: elə bil şamandırlar

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidАлександр Мясников, фото из архива
Александр Мясников, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“İnfeksiyanın yayılmasının ilk vaxtlarında şübhəsiz xeyir verə biləcək tədbirlər indi mənasız görünür”

BAKI, 16 avqust — Sputnik. Moskvanın 71 saylı xəstəxanasının baş həkimi, teleaparıcı Aleksandr Myasnikov xarici ölkələrdə koronavirusa qarşı görülən tədbirləri ələ salıb.

Sputnik Azərbaycan bildirir ki, həkim özünün Telegram kanalında bunları mənasız adlandıraraq, şamanların yağış çağırmaq üçün ayinlərdə istifadə etdikləri qavalların effektinə bənzədib.

Летучая мышь - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusun peyda olmasının yeni versiyası: amma məkan eynidir

Tədbirlər sırasında Myasnikov ölkəyə yeni gələnlərin 2 həftəlik karantində saxlanılmasını, uçuşlar üçün mənfi koronavirus testi cavabının labüdlüyünü, anketlərin doldurulmasını və QR kodlardan istifadəni göstərib. Həkim bu tədbirlərin yoluxma səviyyəsini heç olmasa 0,00001 faiz azaltdığına şübhə edib.

“İnfeksiyanın yayılmasının ilk vaxtlarında şübhəsiz xeyir verə biləcək tədbirlər indi mənasız görünür”, - mütəxəssis yazıb. Myasnikovun fikrincə, bunun praktiki əhəmiyyəti azdır, çünki uçuşlar “bu ritual hərəkətlərlə” olsa da, demək olar ki, tamamilə bərpa olunub.

Göyərtəsində çoxlu sərnişinlər olan təyyarəni həkim “bir dəstə milçəyin əhatə elədiyi mürəbbə bankasına” bənzədib. Onun sözlərinə görə, əllərində anket və analiz cavabları olan adamlar virus qarşısında tamamilə müdafiəsizdirlər.

Bundan öncə Myasnikov bildirmişdi ki, Rusiyanın koronavirus əleyhinə vaksinini vurdurmağa hazırdır. Bu istəyini o, ikiqat risk qrupunda olması, yəni həm həkim, həm də yaşlı olduğu ilə izah edib.

Xəbər lenti
0