Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nazirlik həkimlərin niyə COVID-19-a qarşı vaksini vurdurmaq istəməməsini şərh edib

© AFP 2023 / NOEL CELISУченые пытаются разработать вакцину от коронавируса, фото из архива
Ученые пытаются разработать вакцину от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə nazirinin müavini Oleq Salaqay da həkimlərin vaksinasiyaya münasibəti ilə bağlı tədqiqatın nəticələrini şərh edərkən deyib ki, Rusiyanın koronavirusa qarşı peyvəndi hələ tibb ictimaiyyətinin etibarını qazanmalıdır

BAKI, 14 avqust — Sputnik. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq həkimlərin Rusiyanın COVID-19 peyvəndinə münasibəti ilə bağlı sorğunun dərcini preparatın satış bazarı uğrunda rəqabətlə əlaqələndirib.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Misli görünməmiş əməkdaşlığa" "meymun" cavabı - dünya gözləyir, rəsmilərsə düşünürlər

Daha əvvəl RBK nəşri "Həkim kitabçası" xidmətinin sorğusunu dərc edib. Sorğuda iştirak edən həkimlərin əksəriyyəti Qamaleya Mərkəzinin yaratdığı koronavirusa qarşı peyvəndi vurdurmağa hazır deyil.

"Bu layihənin (sorğu aparanın - təxmini qeyd) investorunun kim olduğuna baxmaq lazımdır. Burada aydın şəkildə sıralanan zəncir ortaya çıxır - istənilən formada satış bazarları uğrunda amansız mübarizə aparılır", - deyə Ginsburq RİA Novosti-yə bildirib.

Alimin sözlərinə görə, vaksinasiya probleminə əhalinin rəyinə görə deyil, elmi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. İmmuniteti əldə etməyin iki yolu var - dəfələrlə xəstələnmək və ya inyeksiya etdirmək.

Ginsburq xəbərdarlıq edib ki, bütün bunlarla yanaşı, əgər xəstəlik yüngül şəkildə keçirsə, immunitet yaranmır. Koronavirusun ağır formasında da ölüm ehtimalı qripdən 10 dəfə yüksəkdir. Sağalanlar isə tez-tez nevroloji pozuntulardan əziyyət çəkirlər.

"Bu məlumat sorğu iştirakçılarına çatdırılmalı və yalnız bundan sonra peyvəndə münasibət soruşulmalıdır. Görünür ki, insanlar mümkün nəticələr barədə kifayət qədər məlumatlı deyillər", - Qamaleya Mərkəzinin rəhbəri deyib.

Səhiyyə nazirinin müavini Oleq Salaqay da həkimlərin vaksinasiyaya münasibəti ilə bağlı tədqiqatın nəticələrini şərh edərkən deyib ki, Rusiyanın koronavirusa qarşı peyvəndi hələ tibb ictimaiyyətinin etibarını qazanmalıdır.

Xatırladaq ki, bu günlərdə Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib. Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına EMMTM-nın mütəxəssisləri tərəfindən birgə hazırlanıb və "Sputnik V" adını alıb.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu  - Sputnik Azərbaycan
VİDEO
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu

Dərman vasitələrinin Dövlət Reyestri-nin məlumatına görə, dərman əzələ daxilinə inyeksiya yolu ilə yeridiləcək məhlul formasındadır. Vaksinasiyanı iki mərhələdə tətbiq etmək planlaşdırılır: əvvəlcə I komponent vurulur, üç həftə sonra isə II komponent.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, iki dəfə tətbiq olunan sxem iki ilədək müddətə immuniteti formalaşdırmağa imkan verir.

Qurumun rəhbəri Mixail Muraşko artıq vaksinin istehsalına başlandığını bildirib.

Nazir həmçinin preparatın klinikaya qədərki və klinik tədqiqatları barədə məlumatların dərc edilməsinin də anonsunu verib. O qeyd edib ki, xaricdən gələn tənqidlər bir çox cəhətdən "tam olmayan məlumatlar"la bağlıdır. "Heç də hamı vaksinin artıq altı məhsulun hazırlandığı platformada buraxıldığını bilmir", - deyə Muraşko əlavə edib.

Xəbər lenti
0