BAKI, 12 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının baş infeksionisti Entonu Fauçi iddia edir ki, onlar gələn həftə öz vaksinlərinin bir neçə variantını təqdim edə bilərdilər, lakin onların effektivliyi və təhlükəsizliyinə əmin deyillər. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti "National Geographic" jurnalına açıqlamasında bildirib.
"Vaksinin olması və vaksinin təhlükəsiz və işlək olmasını sübut etmək – bunlar tamamilə fərqli şeylərdir. Bizim yarım düjün, hələ bir qədər də artıq vaksinimiz var. Ona görə də əgər biz risk edib, daha çox insana zərər versə idik, onlara işləməyən bir şeyi vermək istəsə idik, onda bunu gələn həftədən edə bilərdik", - deyə Fauçi "Doğrudanmı Rusiyada vaksin var?" sualını cavablandırarkən bildirib.
"Ona görə də mən ümid edirəm ki, rusiyalılar, doğrudan da vaksinin təhlükəsiz və işlək olmasına əmin olublar. Mən onların bunun etməsinə çox şübhə edirəm", - deyə ABŞ-ın Allergik və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru qeyd edib.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.
Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.
""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.
RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.
O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq. Rusiyanın Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzi və "Binnofarm"şirkəti.
Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.