BAKI, 11 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, onun qızlarından biri koronavirus əleyhinə peyvənd vurdurub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin bu gün keçirilən hökumətin iclasında "COVID-19" əleyhinə ilk Rusiya istehsalı vaksininin dövlət qeydiyyatından keçirildiyini də elan edib.
"Qızlarımdan biri belə bir peyvəndi vurdurub. Bu anlamda o eksperimentdə iştirak edib. İlk peyvənddən sonra onun temperaturu 38, növbəti gün 37 dərəcədən bir qədər artıq olub", - deyə Putin qeyd edib.
Putin iclas zamanı Rusiyada ilk koronavirus əleyhinə peyvəndin dövlət qeydiyyatından da keçdiyini bildirib: "Bildiyim qədər bu gün dünyada ilk dəfə olaraq koronavirus əleyhinə vaksin qeydiyyatdan keçirilib. Onun kifayət qədər effektiv olduğunu, davamlı immunitet formalaşdırdığını və bütün lazımı yoxlamaları keçdiyini bilirəm"