BAKI, 10 avqust — Sputnik. Rusiyanın üç diplomatını casusluqda ittiham edərək Slovakiyadan çıxarırlar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Bloomberg yazıb.
Agentliyin adı çəkilməyən müsahibi bildirib ki, onlar ölkəni həftənin sonunadək tərk etməlidirlər.
“Qərar Baş nazir İqor Matoviçin yeni administrasiyası tərəfindən qəbul edilib”, - məqalədə bildirilir.
Slovakiya Xarici İşlər Nazirliyi Reuters-ə rusiyalı diplomatların gerçəkdən də ölkədən çıxarılacağını təsdiqləyib.
Öz növbəsində Rusiya XİN bu qərara “güzgü” qaydasında cavab veriləcəyini bildirib: “Ənənəvi olaraq, güzgü cavabı veriləcək”.
Diplomatik münasibətlər barədə Vyana konvensiyasına görə, qəbul edən dövlətə istənilən vaxt və heç bir səbəb gətirmədən diplomatik nümayəndəlikdən istənilən şəxsi persona non-qrata elan edə bilər. Akkreditə edən ölkə bu nümayəndəni geri çağırmalıdır, əks halda həmin şəxsin olduğu ölkə onu diplomat hesab etməkdən boyun qaçıra bilər.