Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

SputnikPro peşəkar bacarığın sirlərini açıqlayacaq

© AFP 2023 / INDRANIL MUKHERJEEПечатная машинка, фото из архива
Печатная машинка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SputnikPro-nun növbəti vebinarının spikeri xəbərin nə olduğunu və müasir jurnalistlərin necə işlədiyini izah edəcək

BAKI, 4 avqust — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu SputnikPro maarifləndirmə layihəsinin onlayn sessiyalarını davam etdirir. Cümə günü, avqustun 7-də, Bakı vaxtı ilə saat 14:00-da ""Rossiya seqodnya" BİA-nın "Redaksiya mətbəxi". Peşəkar bacarığın sirləri" mövzusunda vebinar keçiriləcək.

Vebinarın spikeri "Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev olacaq.

© Sputnik / Ramil Sitdikov"Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev
SputnikPro peşəkar bacarığın sirlərini açıqlayacaq - Sputnik Azərbaycan
"Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev

Bu postu tutmazdan əvvəl Dmitri "Sovetskiy sport" qəzetinin, İTAR-TASS-ın elmi informasiya xidmətinin, "Nezavisimaya qazeta"-nın (müxbir vəzifəsindən Beynəlxalq İnformasiya şöbəsinin rəisinin müavini vəzifəsinə qədər yüksəlib) müxbiri işləyib, "Rossiya" telekanalının "Vesti" proqramının axşam buraxılışının baş redaktoru, RİA Novosti-nin Beynəlxalq əməkdaşlıq Baş direksiyasının redaktoru, RİA Novosti-nin Nyu-York bölməsinin rəhbəri, ABŞ-dakı nümayəndəliyinin rəhbərinin müavini, BMT yanında müxbir məntəqəsinin rəhbəri, Vaşinqtonda "Rusiyanın səsləri" studiyasının baş redaktoru, beynəlxalq redaksiyanın rəhbəri, RİA Novosti-nin Birləşmiş xəbərlər redaksiyası rəhbərinin müavini olub.

Vebinarın gedişində Dmitri Qornostayev bir sıra maraqlı məqamlara aydınlıq gətirəcək:

Bu gün xəbər nədir? Xəbərlərin tərtibatı və quruluş formatı necə olmalıdır? Xəbər nə qədər vaxta hazırlanır? Müasir jurnalistlər necə işləyirlər? Jurnalistin iş günü nə vaxtdır? Təcili xəbərlər haradan götürülür? Onlar necə yoxlanılır? Pandemiya redaksiyalara nəyi göstərdi (məsələn, evdən tam işləmək necə mümkündür)?

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://anketolog.ru/s/345855/FLqfVEAx ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Xəbər lenti
0