BAKI, 1 avqust — Sputnik. Rusiyada koronavirus infeksiyası əleyhinə peyvənd üçün hər hansı ödəniş olmayacaq.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko bildirib.
"Biz planlaşdırırıq ki, koronavirus peyvəndlərinin xərclərinin tamamilə büdcədən ödənilməsini planlaşdırırq. Müvafiq olaraq, vaksinləmə sxemi hamıya məlumdur – o, planla olacaq", - Muraşko jurnalistlərə deyib.
Daha əvvəl Muraşko bildirib ki, Rusiyada koronavirus infeksiyası əleyhinə kütləvi peyvənd prosesinin oktyabrda başlanılması planlaşdırılır. Qamaleya mərkəzi tərəfindən hazırlanmış vaksinin kliniki sınaqları artıq başa çatıb, indi vaksinin qeydiyyatı üçün sənədlər paketi hazırlanır.