Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin seçkilər barədə yeni qanun imzaladı

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин
Президент России Владимир Путин - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 21-də Dövlət Duması istənilən səviyyədəki seçki və referendumlarda səsvermənin maksimum üç gün ərzində keçirilməsi barədə qanunu qəbul edib

 

BAKI, 31 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bütün səviyyələrdə seçkilərin bir neçə gün ərzində keçirilməsi barədə qanun imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat rəsmi hüquq məlumatları portalında dərc olunub.

İyulun 21-də Dövlət Duması istənilən səviyyədəki seçki və referendumlarda səsvermənin maksimum üç gün ərzində keçirilməsi barədə qanunu qəbul edib. Konkret vaxtı isə Rusiyanın Mərkəzi Seçki Komissiyası müəyyən edəcək.

Bundan öncə Kreml və MSK qarşıdakı seçkilərin sentyabrın 11-dən 13-dək (daxil olmaqla) keçirilməsi barədə razılığa gəlmişdilər. Eyni zamanda 13 sentyabr əsas səsvermə günü olacaq. Həmin günlər ərzində 18 regionda qubernatorları seçəcəklər, eləcə də 22 subyektin paytaxtlarında regional parlament və şəhər dumalarına seçkilər üzrə 11 kampaniya planlaşdırılıb.

 

Xəbər lenti
0