BAKI, 26 iyul – Sputnik. Rusiyada son sutka ərzində daha 5765 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Sputnik Azərbaycan-ın Rusiya Operativ Qərargahına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 812 485 nəfərə çatıb.
Son sutka ərzində 77 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 269 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 600 250 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.