Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya qərar verdi – Bu tarixdən aviareyslər bərpa ediləcək

© Sputnik / Kirill Braga / Mediabanka keçidПассажиры садятся в самолет Airbus A319 компании S7, фото из архива
Пассажиры садятся в самолет Airbus A319 компании S7, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirin müavini Tatyana Qolikova izah edib ki, hələlik söhbət – Böyük Britaniya, Türkiyə və Tanzaniyadan gedir. Daha sonra siyahı genişləndiriləcək

BAKI, 24 iyul — Sputnik. Rusiya avqustun 1-dən beynəlxalq reysləri bərpa edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

"Bu zaman biz epidemioloji vəziyyət, xəstəlik göstəriciləri və qarşılıqlı əlaqə prinsiplərini nəzərə almışıq", - deyə Mişustin qeyd edib.

Rusiyadan xaricə Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan getmək mümkün olacaq.

Baş nazirin müavini Tatyana Qolikova izah edib ki, hələlik söhbət – Böyük Britaniya, Türkiyə və Tanzaniyadan gedir. Daha sonra siyahı genişləndiriləcək.

Xəbər lenti
0