Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Moskva və Bütün Rusiyanın patriarxı Kirill Ermənistan və Azərbaycanı dialoqa başlamağa və ekstremistlərin fitnəsinə uymamağa çağrıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kirillin Rusiya Patriarx Kilsəsinin saytında yerləşdirilən bəyanatında bildirilir.
"Bu gün Rus Pravoslav Kilsəsi münaqişənin hər iki tərəfini dialoqa çağırır... Qafqazda gərginliyin güclənməsinin sərfəli olduğu qüvvələrin fitnəsinə uymamağa çağırıram", - deyə müraciətdə qeyd edir.
Patriarx vurğulayıb ki, Qafqazda yeni müharibə terrora və ekstremizmə səbəb olacaq ki bu da regionu uzun müddət dinclik və sülhdən məhrum edəcək.
"Əziz qardaşlar sizdən xahiş edirəm ki, qardaşlıq görüşləri zamanı əldə etdiyimiz naliyyətləri saxlayasınız", - deyə Kril və Azərbaycan və Ermənistanın dini liderlərinə müraciətində qeyd edib.
Patriarx eyni zamanda qeyd edib ki, Rus Pravoslav Kilsəsi münaqişənin ən qıza zamanda bitməsi üçün dua edir.