BAKI, 23 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı.
Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanması zamanı Cənub hərbi dairəsinin artilleriyaçıları Şimali Osetiyadakı Tarskoye poliqonunda şərti düşməni dronların hədəfi göstərməsi ilə böyük güclü minomyotlardan məhv etdilər. Özüyeriyən 240-mm-lik “Tülpan” minomyotları adi və nüvə silahlarının kəsişmə nöqtəsindədirlər. Bütün dünyanın artilleriyaçıları onları hər bir alpinist Everesti tanıyan kimi tanıyır, yəni, analoqları yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, 58-ci ümumqoşun ordusunun artilleriyaçıları iyulun 21-də Qafqaz aşırımında təlimlər zamanı 240-mm-lik böyük güclü “Tülpan” özüyeriyən minomyotlarından şərti düşmənin mövqelərini və yeraltı arsenalını məhv ediblər. Bu qorxunc silah manevrlərdə elə də tez-tez istifadə olunmur, lakin döyüşdə tətbiq olunmanın effektivliyi şərti düşmənə nə dar dağ keçidlərində, nə də dərin beton bunkerlərdə heç bir şans qoymur.
Modernləşmədən sonra “Tülpan”lar müasir idarəetmə və rabitə vasitələri ilə təchiz olundular. Modernləşdirilmiş minomyot ən qorunan hədəfləri vura bilən uzaqvuran snayper silahına çevrildi. “Tülpan”ın arsenalında adi, 2 kiloton günüdə termonüvə və digər minalar var. Onların dağıdıcı gücü yalnız 240 mm-lik kalibrdən asılı deyil. İstifadənin yüksək dəqiqliyi real vaxt rejimində atəşin korrektə edilməsi ilə təmin olunur, yəni, peyklərin, dronların, uzaq radiolokasiya aşkaretmə təyyarələrinin və düşmənin arxasındakı kəşfiyyat-diversiya qruplarının köməyi ilə. Müasir atəşi yöbəltmə idarəetmə sistemləri döyüş sursatlarının ballistik xarakteristikalarını və atəşin meteoroloji xüsusiyyətlərini nəzərə almağa imkan verir.
XXI əsrin "Çar minomyotu"
Dünyada yeganə 240 mm kalibrlik "Tülpan" minomyotu 9,6 - 19,7 km məsafədə düşmənin fortifikasiya qurğularının, möhkəmləndirilmiş binalarının, canlı qüvvə izdihamının, silahlarının və hərbi texnikasının məhv edilməsi üçün düzəldilib. 0, 40 ildən çoxdur ki, ordunun arsenalına daxil edilib və bu gün də kalibrə və digər xarakteristikalara görə rekordçudur. Silah daha az güclü digər artilleriya növlərinin məhv edə bilmədiyi hədəfləri sıradan çıxara bilir. "Tülpan"ın minası sərbəst düşdükdə 12 metrlik örtüyü olan dəmir-beton qurğunu deşə bilir. Bu konsktruktor dühasının şedevrini yalnız fəaliyyətdə olarkən layiqincə qiymətləndirmək olar. Adi 240 mm-lik mina yerdə 10 metr diametrlik və dərinliyi 3 metr olan dəlik yaradanda qeyri-ixtiyarı onun döyüşdə nələr edə biləcəyini təsəvvür edirsən.
Özüyeriyən minomyotun geniş fuqas və aktiv-reaktiv minalar xətti var. Onlar "Smelçak" döyüş sursatları vasitəsilə korrektə olunur (iki metrlik dairəyə dəymə ehtimalı 80-90%-dir). Xüsusi olaraq "Tülpan" üçün raket mühərrikli (20 km uça bilir) ağır (228 kq) 3F2 aktiv-reaktiv mina hazırlanıb. Onun əsasında 3B4 termonüvə minası (18 km) hazırlanıb. Bundan əlavə, neytron "Smoqa" və "Fata" mərmiləri, "Sayda" (napalmla 7850 kv.m. ərazini yandırır) və "Nerpa" (qəlpə-fuqas elementləri olan kaset minası) döyüş sursatları da maraqlıdır.
"Tülpan" minomyotu döyüş şəraitində yoxlanılıb. Əfqanıstanda 1985-ci ildən silah uğurla Çarikar vadisində və Pəncşir dərəsində tətbiq olunub. Bir hədəfi vurmaq üçün ikidən çox atəş açılmayıb. Bu gün Rusiya Quru qoşunlarının arsenalında 40 ədəd 2C4 "Tülpan" minomyotu var. Genişmiqyaslı hərbi münaqişə ehtimalı üçün təxminən 390 "Tülpan" anbarlardadır.
Dövlət sifarişi çərçivəsində 2019-cu ildə "Uraltransmaş" müəssisəsi bütün 240 mm-lik "Tülpan"ların modernləşdirilməsini başa çatdırıb.
Konstruktiv xüsusiyyətlər
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2С4 “Tülpan” minomyotunun baza şassisi mühərriki 520 at gücündə olan modernləşçdirilmiş “Kruq” ZRK-dır. Şosedə maksimal sürəti 62 km/saat. Gediş ehtiyatı 500 km. Silah komplekti 40 atəş, heyət 5 nəfər.
Maşını korpusu 7,62 mm-lik güllələrdən və qəlpələrdən qoruyur. Qabaqda mövqenin qurulması üçün buldozer bıçağı quraşdırılıb. İdarəetmə bölməsi korpusda qabaqda soldadır, mühərrik bölməsi isə sağda. Orta və arxa hissədə döyüş bölməsi yerləşir, burada 20 minalıq mexaniki qutuda döyüş komplekti və ötürmə mexanizmi var. Maşında 7,62 mm-lik PKT pulemyotu var.
Qurğunun zahiri sadəliyi böyük layihələndirmə, sınaq, texnologiyanın inkişafı dövrünü özündə ehtiva edir. Kolomensk xüsusi artilleriya konstruktor bürosu 1944-cü ildə 240 mm-lik minomyotun üzərində işləməyə başlayıb. Silahın üzərində iş Permdəki maşınqayırma zavodunun XKB-də və Ural nəqliyyat maşınqayırma zaodunda davaç etdirilib. 1971-ci ildə ilk nümunələr səhra sınağından keçirilib və tezliklə 2C4 “Tülpsn” artilleriya sistemi arsenala daxil olunub.
Cəmi 580 “Tülpan” buraxa biliblər, 1988-də istehsalı dayandırıblar. Güman edirəm ki, tamamilə səhvən. Bu minomyot XXI əsrdə də müasir görünür, döyüş meydanında əvəzedilməzdir.