BAKI, 20 iyul — Sputnik. Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə nizamlanmasına ümid edir. Bu, Rusiya Federasiyasında bu ölkələrdən olan şəxslər arasındakı emosional tonu normallaşdırmağa imkan verəcək.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bilirsiniz, Moskvada, ümumiyyətlə Rusiyada xeyli sayda azərbaycanlı və xeyli sayda erməni yaşayır və onların hamısı Rusiya Federasiyasının vicdanlı vətəndaşlarıdır. Mən miqrantlarla yanaşı, Rusiya Federasiyasının vətəndaşları olan şəxsləri də nəzərdə tuturam və onların hamısı bizim cəmiyyətin hörmətli üzvləridir. Aydındır ki, Ermənistan – Azərbaycan sərhədində olan gərginliyə bizim bu vətəndaşlarımız da laqeyd qala bilmir və təbii ki emosional olaraq onlar öz reaksiyalarını göstərirlər", - deyə Peskov Kremlin ticarət də daxil olmaqla Azərbaycan və Ermənistan əsilli şəxslər arasında problemə diqqət yetirməsi barədə sualı cavablandırarkən bildirib.
O, xatırladıb ki, Rusiya Federasiyası hər iki tərəfləri təmkinli olmağa, dərhal atəşkəs rejiminə geri qayıtmağa və istənilən növ zorakılığın dayandırılmasına çağırıb: "Ona görə də biz ümid edirik ki, bu vəziyyət ən qısa zamanda nizamlanacaq və bu yolla emosional fonda əvvəlki məcrasına qayıdacaq".