Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya donanması Be-200 aldı: amfibiya-təyyarələr Azovda və Xəzərdə olacaqlar

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidРоссийский самолёт-амфибия Бе-200ЧС на Международной авиационно-космической выставке Dubai Airshow 2017.
Российский самолёт-амфибия Бе-200ЧС на Международной авиационно-космической выставке Dubai Airshow 2017. - Sputnik Azərbaycan
Abunə olmaq
Baltik, Şimal, Sakit okean, Qara dəniz və Xəzər donanmalarında dəniz aviasiyasının amfibiya dəstələri yaradılacaq. Bu, döyüş növbəsinin, axtarış-xilasetmə əməliyyatlarının imkanlarını genişləndirməyə imkan verəcək.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 18 iyul — Sputnik. Dünyada çox tanınan çoxməqsədli Be-200 amfibiya-təyyarəsi Rusiya HDD-nin arsenalına daxil edilib və bu, hərbi-dəniz aviasiyasının əməliyyat imkanlarını xeyli artırmağa imkan verəcək. Maşın yüklü şəkildə tez qalxmaq üzrə 20-dən artıq dünya rekordu vurub və öz sinfində rəqib tanımır.

Легкий скоростной бронеавтомобиль  Стрела, созданный специалистами Военно-промышленной компании (ВПК), фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya silahı: 155 km/saat sürət yığa bilən zirehli "Strela" avtomobili

Rusiya HDD Dəniz aviasiyasının Uçuş heyətinin hərbi hazırlığı və təkmilləşmə mərkəzində (Yeysk şəhəri) iyulun 14-də Rusiya Müdafiə Nazirliyi üçün düzəldilmiş birinci Be-200 “Altair” təyyarəsini qarşılayıblar. Sınaq-istismar müddətinə start verilib. 2018-ci ilin müqaviləsinə əsasən axtarış-xilasetmə növündən olan iki digər təyyarəni HDD bu il Beriyev adına Taqanroq Aviasiya elmi-texniki kompleksindən almalıdır. Gələcəkdə HDD üçün “Altair”lərin seriyasını davam etdirmək planlaşdırılır.

Rusiya Müdafiə Nazirliyi Baltik, Şimal, Sakit okean, Qara dəniz və Xəzər donanmalarında dəniz aviasiyasının amfibiya dəstələrini yaratmaq niyyətindədir. Bu, döyüş növbəsinin, axtarış-xilasetmə əməliyyatlarının imkanlarını genişləndirməyə imkan verəcək.

Daha öncə Be-200-lərin 20-dək uçuş nüsxəsi buraxılıb. Onlar əsasən Rusiya və Azərbaycanın FHN-də istifadə olunurlar. Təyyarə 6 modifikasiyaya malikdir (axtarış-xilasetmə, patrul, nəqliyyat, sanitar, sərnişin, yanğın əleyhinə). Modifikasiyanı abreviatura əks etdirir. Məsələn, Be-200P patrul üçün istifadə olunur, çoxlu sayda izləmə qurğuları var. Be-200PS axtarış-xilasetmə işlərində istifadə olunur. Yanğın əleyhinə Be-200ÇS idxal üçün istehsal olunur, bu təyyarələrdən birini Azərbaycan alıb, dördünü isə 2016-cı ildə Çin sifariş verib.

Yüksələn ulduz

Rusiya Müdafiə Nazirliyi bu günədək altı “Altair” üçün müqavilə bağlayıb. HDD üçün faydası aşkardır. Ən böyük müasir reaktiv mühərrikli Be-200 “Altair” amfibiya-təyyarəsi dəniz sərhədlərində və iqtisadi zonalarda növbə çəkə, axtarış-xilasetmə funksiyalarını yerinə yetirə, 1500 kilometr radiusda 10 min metrədək hündürlükdə 5 tonadək yükləri daşıya bilir. Qanadın altındakı D-436TD mühərrikləri 710 km/saat (kreyser – 365km/saat) sürəti ilə hərəkət etməyə imkan verir. Təyyarə ,3 metr hündürlükdə dalğa olanda suya otura bilir, qalxmaq üçün isə cəmi 1500 metrlik məsafə lazımdır. Təyyarə 200 metrlik sahilyanı zonada altı saatadək növbə çəkə bilər.

Истребители-перехватчики МиГ-31К с гиперзвуковыми ракетами Кинжал летят из Истринского района в Москву на воздушный парад Победы - Sputnik Azərbaycan
RUSİYA
MiQ-31: səmada ən təhlükəli ovçu

“Altair”in mənimsənilməsi mərhələsində Rusiya Müdafiə Nazirliyi onun dinc məqsədlərlə istifadə olunacağını bəyan etmişdi, lakin yenə də Be-200-ün universal platforması çoxlu sayda xüsusi avadanlıq yerləşdirməyə, mürəkkəb hərbi vəzifələri yerinə yetirməyə imkan verir. “Altair” dəniz, quru, hava obyektlərinin kəşfiyyatını apara, xüsusi əməliyyatları təmin edə, qəzaya uğramış təyyarə, gəmi və sualtı qayıqların heyətlərinin effektiv axtarışını təmin edə, həmçinin şəxsi heyət və silahı daşıya, yaralı və xəstələri aerodrom şəbəkəsi olmayan rayonlardan (həmçinin təbii fəlakət zonalarından) çıxara bilər. Ola bilsin ki, platformanı qayıq əleyhinə zərbə vəzifələrinin yerinə yetirilməsi üçün də adaptasiya etdilər.

“Uçan qayıq”da müasir radioelektron avadanlıq, o cümlədən yeni nəsil pilotaj-naviqasiya kompleksi quraşdırılıb. Təyyarə istənilən fiziki-coğrafi və iqlim şəraitində, gündüz və gecə, sadə və mürəkkəb meteoşərtlərdə uçuşları yerinə yetirə bilər. Çoxməqsədli Be-200 “Altair” dünya səviyyəli təyyarədir və mütəxəssislər onun böyük gələcəyinin olduğunu bildirirlər. Perspektivdə iyulun 26-da Sankt-Peterburqda Əsas hərbi-dəniz paradında iştirak var.

Xəzər dənizi

İlk Be-200 aviadəstəsini Xəzərdə formalaşdırmaq nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu yaxınlaradək Rusiya HDD-nin Xəzər donanmasının özünün dəniz aviasiyası yox idi. Kiçik aviadəstələr yalnız Vətəndaş və Böyük Vətən müharibələri zamanı donanmanın tərkibinə daxil olublar. Ehtimal ki, Xəzər dənizi “Altair” üçün sınaq poliqonu olacaq. İstismar təcrübəsi “uçan qayıq”ları daha da təkmilləşdirməyə uçan platformanı HDD-nin vəzifələrinin yerinə yetirmək üçün daha dəqiq adaptasiya etməyə imkan verəcək.

Bu həm də Rusiyanın regiondakı müttəfiqləri və tərəfdaşlarını Qafqazda, Mərkəzi Asiyada və planetin digər yerlərində hərbi-texniki əməkdaşlıq sahəsində maraqlandırmağa imkan yaradacaq. Be-200 amfibiya-təyyarəsinin böyük ixrac potensialı var, onun layiqli rəqibləri mövcud deyil.

Корабли военно-морского флота России во время репетиции парада в честь Дня ВМФ России в Санкт-Петербурге, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya yeni donanma yaradır: bir anda altı gəminin tikintisi başlayır

Kanadanın Bombardier şirkəri 1990-cı ildə özünün göyərtəsinə 5,3 ton su götürə bilən CL-215 “uçan qayıq”larının istehsalını dayandırıb (dünyada təxminən 120 belə maşın qalıb). Daha çox yük qaldıran (6 ton su) iki turbovint PW123AF (1994-cü il növlü) mühərrikli Bombardier CL-415 və onun əsasında yaradılmış çoxməqsədli patrul 415MP təyyarəsi alıcıları qorxudan qiymət kateqoriyasəndadırlar (25 il ərzində 80 ədəd 415MP satılıb). Bombardier 415 bir çox göstəricilərinə görə “Altair”dən geri qalır.

Yaponiyanın US-1A (1971-ci il növlü) və US-2 (2007-ci ildən buraxılır) amfibiya-təyyarələri dar axtarış-xilasetmə ixtisaslaşmasına malikdirlər. Gündoğar ölkənin daha bir “uçan qayığı” olan ShinMaywa çox bahalıdırя. Çin 1985-1986-cı illərdə cəmi dörd ədəd çoxməqsədli SH-5 amfibiya-təyyarəsini düzəldib. Onlar da yalnız axtarış-xilasetmə təyyarələri kimi sitifadə olunurlar. Çin Xalq Respublikasının AG600 amfibiya-təyyarəsinin isə ciddi texniki çətinlikləri mövcuddur. Təsadüfi deyil ki, çinlilər yanğınları söndürmək üçün bir neçə Rusiya Federasiyasının istehsalı olan Be-200 sifariş ediblər. Yəni, “Altair”in dünyada faktiki olaraq rəqibi yoxdur, bütün parametrlər üzrə.

Üstəlik istehsalçı müəssisənin 50 il gələcəyi nəzərdə tutan konstruktor həlləri var. Bura Be-1000 və Be-2000 kimi perspektiv ekranoplanlar da daxildir.

Xəbər lenti
0